“Mən həmçinin hiylə və ya hədə-qorxu ilə kriminal avantüraya sürüklənən, ağır cinayət yoluna – silahlı üsyana sövq edilənlərə də müraciət edirəm”
Ucnoqta.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlarına, Rusiya Federasiyası Silahlı Qüvvələrinin (SQ) şəxsi heyətinə və hüquq-mühafizə orqanlarına televiziya ilə müraciət edib.
"Rusiya vətəndaşlarına, silahlı qüvvələrin şəxsi heyətinə, hüquq-mühafizə orqanlarına və xüsusi xidmət orqanlarına müraciət edirəm. Hazırda öz döyüş mövqelərində vuruşan, düşmənin hücumlarını dəf edən, bunu qəhrəmancasına yerinə yetirən əsgər və komandirlərə" -Rusiya prezidenti müraciətində deyib.
Dövlət başçısı xatırladıb ki, bu gün Rusiya “öz gələcəyi üçün ən ağır mübarizə aparır”.
"Neonasistlərin və onların ağalarının təcavüzünü əks etdirir”, - Putin bildirib.