Tayvan hərbçiləri şənbə günü səhər adaya yaxınlaşan 19 Çin Xalq Azadlıq Ordusunun təyyarəsini və 5 gəmisini görüblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin məlumatında deyilir.
Təyyarələr J-10 və J-16 qırıcılarından ibarət olub. Onlardan ən azı səkkizi Tayvan boğazının median xəttini keçərək adanın sahilindən 24 mil (təxminən 44,5 km) uzaqlıqdakı dəniz ərazilərinə yaxınlaşıb.
Ötən gün ərzində Tayvan ərazisində daha səkkiz təyyarə və beş gəmisi aşkar edilib.///tass