Moskva vilayətində təhlükəsizlik tədbirləri gücləndirilib, vəziyyətə hüquq-mühafizə orqanları və FSB nəzarət edir.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Vorobyov deyib:
"Antiterror tədbirləri görülür. Cənub istiqamətindəki yollarda əlavə yoxlamalar mümkündür, bununla əlaqədar olaraq, mümkünsə, Moskva vilayətinin cənubunda, ilk növbədə bölgədən kənarda şəxsi nəqliyyatla səyahət etməkdən çəkinməyinizi xahiş edirəm. Sakitçiliyə əməl etməyinizi xahiş edirəm".