Ukraynanın cənubundakı Odessada səhər saatlarında partlayışlar baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın “Public” nəşri məlumat yayıb.
Partlayışlar barədə ətraflı məlumat verilmir. Yerli hakimiyyət orqanları hələlik vəziyyətlə bağlı açıqlama verməyib.
Hazırda Odessa vilayətində, eləcə də Ukraynanın əksər ərazilərində hava həyəcanı elan edilib.