Yaponiya dünyada ilk dəfə "Oz" virusundan ölüm faktını təsdiqləyib

07:28 - 24 İyun 2023 - DÜNYA

Yaponiyada həkimlər "Oz" virusuna yoluxma və bir insanın ölümü ilə bağlı ilk hadisəni qeydə alıblar.

Ucnoqta.az xəbər verir kiŞ bu barədə NHK Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, İbaraki prefekturasının 70 yaşlı sakini virusa yoluxub. O, 2022-ci ildə dünyasını dəyişib. Onun bədənində gənə dişləməsi izləri aşkar edilib.

Qadının pnevmoniya ilə həkimə müraciət etdiyi qeyd edilir. O, 26 gün sonra miokarditdən öldü. Qadının budunda onu dişləyən gənə tapılıb. Sonradan həkimlər onun "Oz" virusuna yoluxduğunu öyrəniblər.

Oz virusu ilk dəfə 2018-ci ildə Yaponiyada aşkar edilib. Gənə dişləməsi ilə yayıla bilər, lakin indiyədək insan yoluxma halları müəyyən edilməyib.

Xəbər xətti