Hokkaydo sahillərində zəlzələ baş verib

22:16 - 23 İyun 2023 - DÜNYA

Hokkaydo sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin mənbəyi 300 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. 

Xəbər xətti