Avropa İttifaqının 11-ci anti-Rusiya sanksiyaları paketinə mühərrikləri 1,9 litrdən çox olan kütləvi seqmentli avtomobillərin Rusiyaya ixracına qadağa daxildir.
Ucnoqta.az xəbər verir ki, müvafiq normalar Avropa Şurasının saytında dərc olunan qətnamədə öz əksini tapıb.
Tətbiq edilən qadağa, həcmi 1900 kubmetrdən çox olan daxili yanma mühərrikləri ilə həm yeni, həm də işlənmiş avtomobillərə şamil edilir.
Rusiya Federasiyasına çatdırılma ilə bağlı əvvəlki məhdudiyyətlər dəyəri 50 min avrodan çox olan lüks avtomobillərə aid idi. Onlar 2022-ci ilin martında təqdim edilib.
Yeni sanksiyalar paketi həmçinin Rusiyadan Aİ-yə qoşqu və yarımqoşquların girişinə qadağa qoyulmasını nəzərdə tutur.