“CinemaPlus” bu il İspaniyanın Barselona şəhərində ənənəvi keçirilən və dünyanın bir çox ölkəsinin iştirak etdiyi CineEurope beynəlxalq sərgisində Azərbaycanı təmsil edib.
CineEurope-2023 tədbirində Hollivud və Avropa studiyalarının kino sənayəsində ən yaxşı studiya nümayişləri, son texnologiya və innovasiyaları təqdim olunur.
The Film Expo Group tərəfindən yaradılmış CineEurope 38 Avropa ərazisində film sərgi iştirakçıları və onların milli assosiasiyalarını təmin edən beynəlxalq ticarət assosiasiyası olan Beynəlxalq Kino İttifaqının (UNIC) rəsmi tədbiridir.
Sərgidə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin direktoru Murat Camçı və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə iştirak ediblər. Onlar dünyada öndə gedən film studiyaları ilə növbəti mövsümdə nümayiş olunan filmlər üçün müqavilələr imzalayıblar. Həmin şirkətlər arasında Universal Pictures, Sony Pictures, The Walt Disney Company, Paramount Pictures və Warner Bros. studiyaları yer alıblar. Bundan başqa nümayəndələr kinoteatrlar üçün nəzərdə tutulmuş ən son texnologiyalarla tanış olublar və onları təqdim edən şirkətlərin rəhbərləri ilə görüşlər keçirilib.
“CinemaPlus” öz tamaşaçılarına ən yaxşısını təqdim etmək üçün yeniliklərə davam edərək, bütün dünyada premyerası baş tutmuş filmləri eyni gündə Azərbaycanda olan kinosevərlərə də nümayiş edəcək.