Tailandda məktəbli yanğınsöndürən balonun partlaması nəticəsində dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail yazıb. Məlumata görə, şagird məktəbin ərazisində keçirilən yanğın təhlükəsizliyi təlimi zamanı ölüb. Daha 10 tələbənin yaralandığı bildirilir.
Xilasedicilər karbon qazlı yanğınsöndürəndən istifadə qaydalarını göstərərkən, o, qəfil partlayıb. Zərbə dalğası dünyasını dəyişən 17 yaşlı yeniyetməni bir neçə metr uzağa atıb.
Tibbi ekspertizalar yanğınsöndürmənin təhlükəsizlik klapan olmadan təkrar istifadə edildiyini bildiriblər. Məlumata görə, o, qazla dolu olub və partlayana qədər uzun müddət günəş altında qalıb. Üç təlimatçı daha bir nəfərin ölümünə səbəb olan səhlənkarlıqda ittiham olunub.