Rusiya Xarici İşlər Nazirliyi ölkəyə girişi qadağan edilən Aİ nümayəndələrinin siyahısının genişləndirildiyini açıqlayıb
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya diplomatik departamenti məlumat yayıb. Belə ki, Rusiya Qərbin yeni sanksiyalarına cavab olaraq Rusiya Federasiyasına girişi qadağan olunmuş Aİ nümayəndələrinin siyahısını xeyli genişləndirib.
"Bu qeyri-dost hərəkətlərə cavab olaraq, Rusiya tərəfi "Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olmaq qaydası haqqında" federal qanuna uyğun olaraq, Avropa institutlarının və Aİ-yə üzv dövlətlərin nümayəndələrinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirib”, - nazirlikdən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Qərbin istənilən qeyri-dost hərəkətinə vaxtında və adekvat cavab veriləcək.