Filippin sahillərində qayıq qəzaya uğrayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü Filippin Sahil Mühafizəsi məlumat yayıb. Məlumata görə, Şərqi Davao əyalətinin sahillərində balıqçı qayığının qəzaya uğraması nəticəsində azı 2 nəfər ölüb, 7 nəfər itkin düşüb.
Bildirilir ki, “Genesis 2” gəmisi göyərtəsində 23 nəfərin olduğu cümə axşamı batıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.///tass