Almaniya Ukraynaya daha 20 "Marder" verəcək

14:40 - 23 İyun 2023 - DÜNYA

Almaniya silah istehsalçısı Rheinmetall Ukrayna ordusuna daha 20 Marder piyada döyüş maşını təhvil verməyə hazırlaşır.

Ucnoqta.az xəbər verir ki, alman konserni artıq qrafik hazırlayıb və ona əsasən, bu yay Ukraynaya 20 piyada döyüş maşını gələcək. Ümumilikdə Ukrayna 60 Marder alacaq: 40-ı "Rheinmetall"dan və 20-si Bundesverin anbarlarından. Almaniya hökuməti Bundesverin anbarlarında saxlanılan həmin maşınların xərclərini ödəyəcək.

"Rheinmetall" daha 60 avadanlıq təklif edir - müəssisələr artıq istehsala başlayıblar. Konsern həmçinin 40 sentyabrın əvvəlinə qədər Marderi Yunanıstana təhvil verəcək və bu avadanlığı “dairəvi mübadilələr” çərçivəsində alacaq.

Xəbər xətti