Türkiyənin "Baykar" şirkəti Ukraynada "Bayraktar TB2" və "Bayraktar Akıncı" döyüş pilotsuz uçan aparatları istehsal edəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Haluk Bayraktar deyib. Onun sözlərinə görə, zavodun 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır, işlərin əsas hissəsi artıq orada aparılır, iyulda isə elektrikləşdirilməsi planlaşdırılır.