Avropa İttifaqı Rusiyaya dronların tədarükünə görə İrandan olan 4 təşkilata sanksiya tətbiq edib
Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiyalar paketində İrandan olan dörd şirkətə bu ölkədən Rusiya Federasiyasına mümkün pilotsuz təyyarələrin tədarükünə məhdudiyyətlər qoyub.
İyunun 23-də Avropa İttifaqı Ukraynadakı hərəkətlərinə görə Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təsdiqləyib.
11-ci sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı Drujba neft kəmərinin şimal qolundan neft idxalına qadağa qoyub.