"Titan" sualtı qayığında itkin düşən ekipajın öldüyü elan edilib

23:12 - 22 İyun 2023 - DÜNYA

Atlantik okeanında "Titan" sualtı gəmisində itkin düşənlərin ekipajının öldüyü elan edilib

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN yazıb. Belə ki, Atlantik okeanında itmiş “Titan” sualtı gəmisinin operatoru “OceanGate” ekipaj üzvlərini ölü hesab edir.

Eyni zamanda, ekspertlər itkin düşən "Titan" qayığının axtarış yerində tapılan qalıqları onun xarici korpusunun qalıqları hesab edirlər. Nəşr qeyd edir ki, batiskaf kapsulunun axtarışları davam edir.

Gəminin qalıqlarının Titanikdən təxminən 500 metr aralıda okeanın dibində tapıldığı vurğulanır.


Xəbər xətti