İsrail və Kipr adaya istismardan çıxarılan İsrail Merkava tanklarının tədarükü imkanlarını müzakirə edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Haaretz qəzeti çıxış edib.
Nəşrin həm İsraildəki, həm də Kiprdəki mənbələri danışıqlar faktını təsdiqləyir. Eyni zamanda, mənbələr davam edən müzakirələrin təfərrüatlarını açıqlamayıb, sövdələşmənin mümkün vaxtı barədə danışmaqdan imtina ediblər.
Məlumata görə, variantlardan biri kimi Kiprin İsraildən Merkava tanklarını alması, bundan sonra Rusiya istehsalı olan tankları Ukraynaya ötürməsi ssenarisi müzakirə edilir. ///tass