Ukrayna əks-hücumunun uğuruna əmindir - Zelenski

20:07 - 22 İyun 2023 - DÜNYA

Hazırda hücum əməliyyatları yaxşı getməsə də, Ukrayna əks-hücumunun uğuruna əmindir.

Ucnoqta.az xəbər verir ki. bu barədə BBC-yə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski danışıb.

"Biz əks-hücum əməliyyatını müsbət qiymətləndiririk. Hər şey sadə deyil, çünki müəyyən çətinliklər var. Birincisi, bizim bütün torpaqlarımız minalanıb, hətta ərazimizi işğaldan azad etdiyimiz yerdə də - demək olar ki, iki yüz min kvadrat kilometr ərazimiz minalanıb. Buna görə də əks-hücum hərəkətlər asan deyil” - prezident deyib.

 "Ona görə də istənilən halda əks-hücumların uğurlu olacağına əminik. Payızda müvafiq əks-hücumlarımız oldu və görünürdü ki, bu, ləng prosesdir. Amma nə vaxtsa hamı gördü ki, biz necə sürətlə başladıq”, - o vurğulayıb.

Xəbər xətti