Kiyev pensiya və maaşların ödənilməsi üçün Londondan əlavə 500 milyon dollar alacaq
Ucnoqta.az xəbər verir ki, Ukraynanın baş naziri Denis Şmıxal özünün Telegram kanalında Kiyevin Böyük Britaniyadan 500 milyon dollar vəsait cəlb etmək barədə saziş imzaladığını bildirib.
Şmıqal qeyd edib ki, Dünya Bankı Ukraynaya yardım üçün resursların səfərbər edilməsində liderlərdən biridir.
Ukrayna hökumətinin başçısı yardımın Böyük Britaniya, ABŞ və Finlandiyanın dəstəyi ilə veriləcəyini dəqiqləşdirib.
Şmıxal qeyd edib ki, bu vəsait xilasedicilərin və müəllimlərin maaşlarının ödənilməsinə, pensiyaların ödənilməsinə, aztəminatlı ailələrin, əlil uşaqların, məcburi köçkünlərin və tənha anaların dəstəklənməsinə yönəldiləcək. Bundan əlavə, baş nazirin sözlərinə görə, pulun bir hissəsinin tibbi təminatlar proqramı çərçivəsində tibbi xidmətlərin ödənilməsinə sərf edilməsi planlaşdırılır.