Krım yarımadasının sahillərində dənizdə 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında yer alan məlumata görə, yeraltı təkanların episentri Sevastopoldan 59 km aralıda yerləşib.
Məlumata görə, zəlzələ saat 05:42-də Sevastopoldan cənubda dənizdə, 10 km dərinlikdə baş verib.