Britaniyanın müdafiə naziri NATO-nun yeni baş katibi olmayacağını bildirib

07:50 - 22 İyun 2023 - DÜNYA

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles NATO-nun baş katibi postunu tutmayacağını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə “The Economist”ə müsahibəsində bildirib.

Uollesin sözlərinə görə, onun Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə təyinatı baş tutmayacaq, çünki Vaşinqton NATO-ya bundan sonra da hazırkı baş katib Yens Stoltenberqin rəhbərlik etməsini istəyir. Buna görə də ABŞ Stoltenberqin səlahiyyət müddətini daha bir müddətə uzatmaqda israrlıdır.

Uolles təklif edib ki, amerikalılar bu postda Avropa ölkələrinin hazırkı baş nazirlərindən birini görmək istəyirlər. Qəzetin yazdığına görə, Vaşinqton üçün ən uyğun namizəd Niderland hökumətinin başçısı Mark Ruttedir. Lakin Hollandiyanın baş nazirinin belə bir təklifdən bir neçə dəfə imtina etdiyi iddia edilir.

Xəbər xətti