Yaponiyanın şərqində yerləşən J-PARC proton sürətləndirici kompleksində yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, vu barədə NHK telekanalı məlumat yayıb.
Qeyd olunur ki, hadisə kompleksin radiasiyaya nəzarət zonasında qeydə alınıb, burada elektrik təchizatında nasazlıq yaranıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüblər, xəsarət alan olmayıb. J-PARC işçiləri həmçinin yerli fon radiasiyasında heç bir dəyişiklik qeydə almayıblar.///TASS