Kiyev Londonla enerji tərəfdaşlığı haqqında memorandum imzalayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ukraynanın Energetika Nazirliyinin rəhbəri Herman Qaluşenko bildirib ki, Kiyev və London enerji tərəfdaşlığı haqqında memorandum imzalayıblar.
O əlavə edib ki, Böyük Britaniya və BMK arasında Ukraynanın enerji təhlükəsizliyi proqramlarının 30 milyon dollara maliyyələşdirilməsinə dair saziş də imzalanıb.