Parisdə partlayış olub

19:51 - 21 İyun 2023 - DÜNYA

Parisin 5-ci rayonundakı binalardan birində qaz partlayışı baş verib və nəticədə yanğın başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Şəhər merinin müavini Eduard Sivelin sözlərinə görə, partlayış Val-de-Qras bölgəsindəki Alfons Laveran meydanında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, binanın dağıntıları altında insanlar var.

Xəbər xətti