Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatının tərəfdarları ölkənin mərkəzində yerləşən Qəzni əyalətində qızların təhsil mərkəzlərinə qəbulunu qadağan ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü yerli mənbələrə istinadən "Hasht-e Subh" qəzeti məlumat yayıb.
Məlumata görə, Taliban qızların dərslərə buraxılması üçün əyalətdəki bütün təlim mərkəzlərinin idarə edilməsini qadağan edib. Bu yeni qaydaya əməl edilmədikdə, cəza nəzərdə tutulur.
Qəzni əyalətində qızların təlim mərkəzlərinə getməsinə qadağa qoyulması qərarı onun rayonlarından biri olan Caqoridə də oxşar fərmanın qüvvəyə minməsindən sonra verilib.
Taliban tərəfdarları hələlik bu məlumatı şərh etməyiblər.