Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti görüş keçirəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti Qazaxıstanda Suriya üzrə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən İran xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacıya istinadən məlumat yayıb.
Məlumata görə, xarici işlər nazirlərinin görüşü üçün vaxt təyin olunmayıb.
İran nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, lazım gələrsə, bu müddət ərzində nazirlərin görüşü də keçirilə bilər.