NATO-nun Vilnüs sammitində müttəfiqlər Ukraynaya çoxillik yardım paketini qəbul edəcəklər
Ucnoqta.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Tagesspiegel"ə müsahibəsində bildirib. Baş katib qeyd edib ki, Vilnüsdə keçiriləcək qarşıdan gələn sammitdə NATO ölkələri Ukraynanı alyans standartlarına uyğunlaşdırmaq üçün ona çoxillik yardım paketini qəbul edəcəklər.
"Sammit zamanı müttəfiqlər Ukraynanı NATO standartlarına çatdıracaq çoxillik yardım paketi qəbul edəcəklər. Bizim köməyimizlə Ukrayna ordusu köhnə sovet modelindən NATO standartlarına uyğun fəaliyyət göstərən müasir hərbi qüvvəyə keçidi həyata keçirməlidir", - alyansın rəhbəri bildirib.
İyulun 11-12-də Litvanın paytaxtında NATO-nun növbəti sammiti keçiriləcək.