İyulun 11-12-də NATO-nun orada keçirilməsi planlaşdırılan sammiti zamanı İspaniya Litvaya NASAMS zenit-raket kompleksi göndərəcək.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ABC qəzeti məlumat yayıb.
Məlumata görə, bu yolla Madrid Vilnüsdə keçiriləcək sammitin təhlükəsizliyinin təmin edilməsində əməkdaşlıq edəcək. 2022-ci ilin iyun ayından Latviyada yerləşdiriləcək İspaniyanın NASAMS-ı Litvaya göndəriləcək. Komplekslə birlikdə oraya krallığın 85 hərbçisi gedəcək.
Qeyd edilir ki, 2022-ci ildə Madriddə NATO dövlət və hökumət başçılarının uzaq formatda keçirilən görüşündə iştirak edən Ukrayna prezidenti Volodimir Zelenski alyansın Vilnüsdə keçiriləcək sammitinə gələ bilər.