Xəbər verdiyimiz kimi ötən gün Gədəbəyin Söyüdlü kəndində polislə kənd sakinləri arasında insident yaşanıb. Görüntülərdə polis əməkdaşlarının etirazçılara qarşı gözyaşardıcı qazdan istifadəsi əks olunub. Bu isə ictimaiyyət nümayəndələrinin etirazı ilə qarşılanıb. Polis baş vermiş hadisə ilə bağlı araşdırmalara başlayıb.
Ucnoqta.az Caliber-ə istinadən xəbər verir ki, dünən baş verən insidentlə bağlı yeni görüntülər yayılıb. Belə ki, nümayişçilərdən bəzilərinin polis əməkdaşlarına daş atması və onları təhqir etməsi görüntüləri yayılıb.
Bu, daxili qoşunların bəzi nümayəndələrinin sərt hərəkətləri üçün bəhanə olmasa da, baş verənlərin tam mənzərəsini aşkar etməyə kömək edir. Hər halda bu hadisə ilə bağlı hərtərəfli araşdırma aparılmalı və günahkarlar cəzalandırılmalıdır.