Bu gün ilin ən günəşli günü və ən qısa gecəsidir. Bu hadisədən sonra günlər getdikcə azalacaq, gecələr artacaq.
Ucnoqta.az xəbər verir ki, bu gün şimal yarımkürəsində günəşin hərəkətinin ən şimal nöqtəsində olduğu gündür. Cənub yarımkürəsində günəş, əksinə, ən cənub nöqtəsindədir.
Şimal yarımkürəsində əsl astronomik yay bu hadisə ilə, cənub yarımkürəsində isə astronomik qış başlayır.
Şimal yarımkürəsində, 21-ci əsrdə, yay gündönümü 20 və ya 21 iyunda baş verir. Bu il hadisə 21 iyun 2023-cü ildə qeyd olunur.
Qeyd edək ki, Bakı üçün 21 iyunda gündüzün uzunluğu 15 saat 3 dəq 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq 36 san olacaq.