Argentinanın ölkənin şimalındakı Jujuy əyalətində baş verən qarşıdurmalarda 60-dan çox polis əməkdaşı olmaqla, 100-ə yaxın adam yaralanıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı regionun hökuməti məlumat yayıb. Məlumata görə, iğtişaşlarda iştirak etdiyinə görə 58 nəfər saxlanılıb.
Səhiyyə Nazirliyi 66-sı əyalət polisinin əməkdaşı olmaqla 96 nəfərə tibbi yardım göstərildiyini açıqlayıb.
Qarşıdurmalar bir qrup etirazçının bölgənin yeni konstitusiyasının qəbulu mərasiminə müdaxilə etmək üçün əyalət qanunvericilik orqanının binasına soxulmalarından sonra başlayıb. Düzəlişlərin əleyhdarları hesab edirlər ki, onlar sakinlərin sosial hüquqlarını və yerli əhalinin hüquqlarını məhdudlaşdırır.
“La Nacion” qəzetinin məlumatına görə, rezin güllələrdən istifadə edən polislə asayiş keşikçilərinə daş atan etirazçılar arasında toqquşma zamanı bir neçə jurnalist yaralanıb. Yolların bağlanması səbəbindən rayonun inzibati mərkəzinin hava limanı işləri dayandırmağa məcbur olub. İğtişaşlarda iştirak etdiyinə görə 58 nəfər saxlanılıb.