Yeni Moskva yaxınlığında pilotsuz təyyarə qəzaya uğrayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Telegram kanalı 112 məlumat yayıb. Məlumata görə, pilotsuz təyyarə Yeni Moskvanın Lukino kəndi yaxınlığında qəzaya uğrayıb.
Bundan əvvəl şahidlər güclü partlayış səsi eşidiblər.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.
Məlumata görə, tələfat və dağıntı yoxdur.