Rusiya ordusunun generalı Ukraynada həlak olub

07:29 - 21 İyun 2023 - DÜNYA

Rusiya Ukraynada generalın məhv edildiyini təsdiqləyib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya 35-ci Ordusunun qərargah rəisi general Sergey Qoryaçovun Zaporojye vilayətində raket zərbəsi nəticəsində öldüyünü təsdiqləyib.

Pskov paraşütçülərinin Telegram kanalı onun dəfn mərasimi barədə məlumat yayıb. Bildirilir ki, iyunun 12-də atışma zamanı onunla birlikdə olan digər zabitlər də məhv edilib.

Generalın dəfn mərasimi iyunun 18-də Sankt-Peterburqda keçirilib.

Xəbər xətti