AK rəhbəri Aİ-nin Ukraynaya 50 milyard avro ayırmaq planlarını təsdiqləyib

22:00 - 20 İyun 2023 - DÜNYA

Avropa Komissiyası Kiyev üçün qrant və kredit şəklində 4 il müddətinə 50 milyard avro rezerv etməyi təklif edib

Ucnoqta.az "Reuters"ə istinadən xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bu barədə mətbuat konfransında bildirib. Avropa Komissiyasının rəhbəri Aİ-nin növbəti dörd il ərzində Ukraynaya 50 milyard avro ayırmağı planlaşdırdığını təsdiqləyib.

Onun sözlərinə görə, pul qrant və kredit şəklində saxlanılacaq. AK rəhbəri pulun Aİ-nin mövcud büdcəsindən ayrıla bilməyəcəyini qeyd edərək, ittifaqın bütün 27 ölkəsini bu ehtiyaclara əlavə töhfələr verməyə çağırıb.

Xəbər xətti