Tramp Putinlə şəxsi münasibətindən danışıb

14:27 - 20 İyun 2023 - DÜNYA

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə şəxsi münasibətlərindən danışıb

Ucnoqta.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib. Tramp qeyd edib ki, ünsiyyətdə uzun fasilə olmasına baxmayaraq, o, Rusiya lideri Vladimir Putinlə əla münasibətə malik olduğunu hesab edir.

“Mənim Putinlə əla münasibətim var. Bir müddətdir ki, onunla danışmıram, amma bizim çox möhkəm münasibətimiz var”, - deyə Tramp bildirib.

Xəbər xətti