Yaponiya İmperatoru Naruhito xanımı ilə birlikdə İndoneziyaya rəsmi səfərə gəlib
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail yazıb. Məlumata görə, Yaponiya İmperatoru Naruhito və xanımı İmperator Masako Cakartadakı Kalibate Qəhrəmanları qəbiristanlığında əklil qoyma mərasimində iştirak ediblər.
İmperator cütlüyü 2019-cu ildə taxt-taca oturduqdan sonra ilk rəsmi xaricə səfərləri çərçivəsində İndoneziyada bir həftəlik səfərdədir.
Mərasim məşhur indoneziyalıların və 1945-1949-cu illərdə İndoneziya Qurtuluş Müharibəsində iştirak etmiş 7000-dən çox İndoneziya və Yaponiya əsgərinin və veteranlarının məzarlarının yerləşdiyi milli qəbiristanlıqda baş tutub.