İranda spirtli içkidən zəhərlənmə nəticəsində zərər çəkənlərin sayı 175-ə çatıb
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə əyalətin Tibb Elmləri Universitetinin prezidenti Şəhram Sayadi bildirib.
Onun sözlərinə görə, Əlborz əyalətində surroqat alkoqoldan zəhərlənmə qurbanlarının sayı 175-ə çatıb, 13 nəfər ölüb.
Sayadi onu da qeyd edib ki, zəhərlənmədən sonra xəstəxanaya yerləşdirilməli olanların ümumi sayı 35 nəfərdir, onlara lazımi köməklik göstərilir.