Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen qabaqcıl texnologiyaların Rusiya və Çinə ötürülməsini qadağan edən planı təqdim etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” sənəd layihəsinə istinadən yazıb.
Nəşrin yazdığına görə, Von der Leyen çərşənbə axşamı Avropanın iqtisadi təhlükəsizliyi strategiyasını təqdim etmək niyyətindədir. O, Rusiya və Çinə qabaqcıl texnologiyaların ötürülməsinə, eləcə də bu ölkələrin ərazisində yüksək texnologiyalı sənaye sahələrinin yerləşdirilməsinə qadağa daxildir.
Bildirilir ki, qadağa superkompüterlərə, süni intellekt sahəsindəki inkişaflara, qabaqcıl mikroçiplərə, kvant kompüterlərinə aiddir.