Bayden Putinin nüvə silahı ilə bağlı sözlərinə münasibət bildirib

12:31 - 20 İyun 2023 - DÜNYA

Bayden Rusiyanın taktiki nüvə silahından istifadə təhlükəsini "real" adlandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, ABŞ prezidenti Co Bayden Kaliforniyada çıxışı zamanı bildirib ki, Rusiya lideri Vladimir Putinin taktiki nüvə silahından istifadə təhlükəsi “realdır”.

“Təxminən iki il əvvəl burada olarkən və Kolorado çayının qurumasından narahat olduğumu deyəndə hamı mənə dəli kimi baxırdı. Putinin taktiki nüvə silahından istifadə etməsindən narahat olduğumu deyəndə mənə necə baxdılarsa, onlar da mənə baxdılar. Bu, realdır”, - ABŞ rəhbəri bildirib.

Xəbər xətti