Hindistanın baş naziri Narendra Modi ABŞ-a səfəri zamanı Tesla şirkətinin qurucusu İlon Maskla görüşəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə ANI News agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, Modi astrofizik və elmi populyarlaşdıran Neil DeQrasse Tayson və yazıçı Nassim Taleb ilə də görüşlər keçirəcək. Ümumilikdə siyasətçinin iş qrafikinə sahibkarlar, Nobel mükafatı laureatları, iqtisadçılar, incəsənət xadimləri və elm adamları ilə 24 görüş daxildir.