Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə Astanada keçirilən görüşdə neft və qaz sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, iki ölkə liderləri digər məsələlərlə yanaşı, Qazaxıstan-Almaniya strateji tərəfdaşlığının, xüsusilə ticarət-iqtisadi və enerji sektorlarında inkişaf perspektivlərini müzakirə ediblər.
“Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı çərçivəsində qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinin, neft-qaz, yaşıl enerji və sənaye sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.