Avstraliya Sudana 3 milyon dollar humanitar yardım edəcək

08:11 - 20 İyun 2023 - DÜNYA

Avstraliya hökuməti Sudana 4,45 milyon Avstraliya dolları (3 milyon dollar) humanitar yardım göndərəcək.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı BMT-nin himayəsi altında Cenevrədə keçirilən Sudana yardım donorlarının konfransı çərçivəsində xarici işlər naziri Penni Vonq deyib. 

Nazir qeyd edib ki, Avstraliya hökuməti tərəfindən ayrılan vəsait ərzaq, su və ilkin tələbat mallarının, həmçinin tibbi ləvazimatların alınmasına sərf olunacaq. Təchizatla Beynəlxalq Qızıl Xaç Komitəsi məşğul olacaq.

Xəbər xətti