Aİ Ukraynaya 50 milyard avroluq yeni maliyyə yardımı paketi ayıracaq

07:50 - 20 İyun 2023 - DÜNYA

Avropa İttifaqı (Aİ) Ukraynaya yeni maliyyə yardımı paketi ayırmağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu dəfə Aİ Kiyevə təmir və dövlət xərcləri üçün 50 milyard avro verməyə hazırlaşırlar.

Məlumata görə, maliyyələşdirmə ilə bağlı rəsmi bəyanat iyunun 20-də Londonda əsas mövzusu Ukraynanın bərpası olan konfransda açıqlanacaq.

Vəsait Ukrayna hökumətinin infrastrukturunun təmirinə və xərclərinə sərf olunacaq.

Xəbər xətti