Kiyevdə Yuri Qaqarinin büstü sökülüb

07:30 - 20 İyun 2023 - DÜNYA

Kiyevdə sovet kosmonavtı Yuri Qaqarinin büstü sökülüb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Dekolonizasiya. Ukrayna" Telegram kanalında abidədən yalnız bir postamentin qaldığı foto yerləşdirilib.

Qranitdən hazırlanmış və 1960-cı illərin sonlarında quraşdırılmış büst Darnitsa rayonundakı Məktəbli Gənclər üçün Texniki Yaradıcılıq və Peşə Rəhbərliyi Mərkəzinin həyətində yerləşirdi.

Xəbər xətti