Yapon istehsalçılarının yarımkeçiriciləri Ukraynada hərbi əməliyyatların başlamasından az sonra tətbiq edilən sanksiyalardan yayınaraq hələ də Rusiyaya gəlirlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb.
Məlumata görə, Rusiya Yaponiyadan təxminən 11 milyon dollar dəyərində ən azı iki milyon çip alıb.Çin, o cümlədən Honq-Konq tədarükün 70%-dən çoxunu həyata keçirib, ikinci yerdə Cənubi Koreya və Türkiyə gəlir.
Yaponiya gömrük rəsmilərinin rəsmi məlumatlarında 2022-ci ildə Rusiyaya yarımkeçiricilərin ixracının rəsmi olaraq 150 min ədəd təşkil etdiyi və 2021-ci illə müqayisədə 85% az olduğu barədə məlumatlar var.
Agentliyin məlumatına görə, Honq-Konqda yerləşən bir ticarət şirkəti Rusiyaya Yaponiyanın Kioxia Holdings şirkətinin istehsalı olan 4000-ə yaxın yarımkeçirici ixrac edib. Sövdələşmə 170 min dollar təşkil edib.