NATO-nun silah və sursat anbarları boşaldılıb və mümkün qədər tez bərpa edilməlidir.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu Berlində keçirilən “Alman Sənaye Günü” iqtisadi konfransında çıxışı zamanı Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib.
“Bizə daha güclü hərbi sənaye lazımdır, onun nümayəndələri bu gün burada toplaşıblar. Silah və sursat ehtiyatlarımız boşdur və təkcə Almaniyada deyil, həm də NATO-nun bir çox ölkələrində doldurulmalıdır”.