Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlayandan Rusiya Federasiyası ağır hərbi itkilər verib.
"Amerikanın Səsi" xəbər verir ki, Britaniya Müdafiə Nazirliyinin analitik qeydinə əsasən, hazırda Rusiya qoşunları Baxmutda şiddətli döyüşlərin getdiyi bu ilin martından bəri ən yüksək itki verir.
Onlar qeyd ediblər ki, ən aktiv döyüşlər Zaporojye vilayətinin cənub-şərqində, Baxmut ətrafında və daha da qərbdə Donetsk vilayətində gedir. Britaniya Müdafiə Nazirliyinin məlumatnda deyilir ki, Silahlı Qüvvələr bu ərazilərdə “müəyyən uğur əldə edərək” hücumlarını davam etdirir, lakin Rusiya qüvvələri Ukraynanın cənubundakı hücumdan nisbətən effektiv müdafiə olunur.
Eyni zamanda, Qərb hərbçiləri və analitikləri Ukraynanın 1000 kilometrlik cəbhə xətti boyunca əks-hücumunun uzun müddət çəkə biləcəyi barədə xəbərdarlıq ediblər.