Si Cinping Blinken ilə danışıqlara başlayıb

13:09 - 19 İyun 2023 - DÜNYA

ABŞ-ın dövlət katibi Entoni Blinken Pekində Çin prezidenti Si Cinpinlə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Görüş yerli vaxtla saat 16:30-da Böyük Xalq Zalında (Çin Parlamenti) başlayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çuninq öz Twitter səhifəsində bildirib ki, Si Cinpin Blinkenlə görüşdə Pekinə səfərinin Çin Xalq Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin sabitləşməsinə müsbət töhfə verəcəyinə ümid etdiyini bildirib.

Çin prezidenti həmçinin vurğulayıb ki, Pekin və Vaşinqton arasında qarşılıqlı fəaliyyət qarşılıqlı hörmət və səmimiyyətə əsaslanmalıdır.

Qeyd edək ki, ABŞ dövlət katibi son 5 ildə ilk dəfə Çinə səfər edib.

Xəbər xətti