Ukrayna Dünya Bankından 60 milyon avrodan çox vəsait alıb

12:43 - 19 İyun 2023 - DÜNYA

İyunun 19-da Ukraynanın dövlət büdcəsinə Dünya Bankından 63 milyon avro məbləğində maliyyə vəsaiti daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, maliyyə vəsaiti Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən güzəştli şərtlərlə, Dünya Bankının “Ukraynada davamlı dövlət idarəçiliyinə dövlət xərclərinin dəstəklənməsi” (PEACE) layihəsi çərçivəsində verilib.

Vəsait 2023-cü ilin fevral və mart ayları üzrə dövlət orqanları işçilərinin və müəllimlərin əməyinin ödənilməsinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan xərclərin qismən ödənilməsinə yönəldiləcək.

Qeyd olunur ki, kreditin qaytarılma müddəti 10 il, 4 illik güzəşt dövrüdür.

Xəbər xətti