İsrail hərbi maşını minaya düşüb

12:06 - 19 İyun 2023 - DÜNYA

İordan çayının qərb sahilində fələstinlilərlə qarşıdurma zamanı bir İsrail hərbi maşını partlayıcı qurğuya toxunaraq partlayıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Twitter səhifəsində məlumat yayıb.

Bildirilir ki, bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələri və sərhəd polisi Cenin şəhərində iki şübhəlinin saxlanılması üçün əməliyyat keçirib. Bu zaman hərbi maşın partlayıcı qurğuya çırpılıb və zədələnib. İsrail hərbçiləri arasında xəsarət alanlar barədə məlumat verilmir. 

Xəbər xətti