Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Vanq Yi Çinin Tayvan məsələsində güzəştə getməkdən imtina etdiyini açıqlayıb.
Ucnoqta.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşdə bildirib.
Vanq Yi ABŞ dövlət katibi ilə söhbətində diqqəti Tayvan məsələsinin mahiyyətinin təhlilinə yönəldib və milli birliyin qorunmasının hər zaman Çinin ən mühüm maraqlarından biri olacağına işarə edib.
"Tayvan məsələsində Çin üçün heç bir güzəştə yer yoxdur" - o, qeyd edib.